Kriminal

Cəlal Harutyunyanın cəzası bəlli oldu

7 Fevral 2025 17:53
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Sünik vilayətinin Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Harutyunyana 5 il 5 ay müddətinə cəza verib.

Milli.Az bildirir ki, prokuror hakimlərdən onun 6 il azadlıqdan məhrum olunmasını tələb etmişdi.

Əvvəlcə Qarabağ müharibəsində ölən separatçı ordunun əsgərlərinin valideynləri çıxış edərək, məhkəmədən C. Harutyunyanın 8 il müddətinə həbsxanaya göndərilməsini istəyib.

Qeyd edək ki, C. Harutyunyan ittiham edildiyi epizodlar əsasən 44 günlük müharibə zamanı separatçı ordunun "əks-hücum əməliyyatlarının" uğursuzluqla nəticələnməsi ilə bağlıdır. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.