Kriminal

Elman Paşayevin adı yenə dələduzluqda hallanır

13 Yanvar 2025 17:07
Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan əsilli sabiq vəkil Elman Paşayevə ikinci dələduzluq epizodu üzrə ittiham irəli sürülüb.

Milli.Az bildirir ki, bu barədə təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması məsələsinin həll olunduğu Moskva Qarnizon Hərbi Məhkəməsində elan olunan cinayət işinin materiallarında qeyd olunub.

"Sizə qarşı iş qaldırılıb və şübhəli şəxs elan edilirsiniz", - hakim bildirib.

İşdə zərərçəkmiş qismində iclasda iştirak etməyən Zaxarov soyadlı şəxs keçir.

Bildirilib ki, Paşayev heç bir epizod üzrə özünü təqsirli hesab etmir. Hərbi məhkəmənin iclası qapalı olacaq. /Report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.