"Şamaxinka"dakı taksi sürücüsünün başına oyun açdılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Taksi sürücüsünə qarşı quldurluq etməkdə ittiham olunan 36 yaşlı Samir Məmmədovun məhkəməsi yekunlaşıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Samir Nəsimi rayonunda "Şamaxinka" adlanan ərazidə mindiyi taksidə sürücüyə qarşı zorakılıq edib. Razılaşmaya görə, sürücü Rahim İsmayılov 50 manata Samiri əvvəl anasını və əşyalarını götürməsi üçün Xocasən qəsəbəsinə, oradan isə Qubaya aparmalı imiş.
Müştərinin niyyətindən xəbəri olmayan sürücü onu Xocasənə aparıb. Ünvana çatmağa az qalmış Samir onun bel nahiyəsinə küt əşya ilə basaraq cibindəki pulları verməyi tələb edib. Basqına məruz qalan sürücü canını qurtarmaq üçün üzərindəki 1 384 manatın hamısını ona verib.
Samir həbs edildikdən sonra onun əvvəllər də başqa cinayətdən məhkum edildiyi məlum olub. Belə ki, daha əvvəl 8 dəfə cinayət məsuliyyətinə cəlb edilən şəxs 9-cu dəfə ittiham edilib. S. Məmmədov eyni zamanda 12 dəfə inzibati qaydada da həbs edilibmiş.
Ötən gün hakim Əli Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də, islahı mümkün olmayıb. Bu əsasla yenidən sanksiya həddində cəzalanmalıdır. Hökmə əsasən, S.Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, bu dəfə cəzasını ciddi rejimdə çəkəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Raheem Sterlinq ikiillik həbs edilə bilər
-
Yevlaxda balıqçı itkin düşüb
-
Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb
-
Çempionlar Liqasının püşkatmasında yeni qayda
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik” - Tramp
-
Luis Enrike ulduz futbolçunu cəzalandırıb
-
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Aktyor Tim Karri vəfat edib
-
“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir





