Kriminal

Soyunçuluqda təqsirləndirilən şəxsə bəraət verildi

17 Oktyabr 2024 17:10
Baxış: 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Nemət Alnağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az bildirir ki, təqsirləndirilən şəxsin vəkili Xalid Ələkbərovun verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Alnağıyevin təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, N.Alnağıyevə qarşı Cinayət Məcəlləsinin 180.2.1 (soyqunçuluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. İstintaq dövrü üçün onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.