Oktyabrın 6-da saat 10 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisindən qəsəbə sakini 1980-ci il təvəllüdlü Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyerlisi 1969-cu il təvəllüdlü Nizami Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun