44 yaşlı Bakı sakini bıçaqlandı - şübhəli şəxs saxlanıldı

7 Oktyabr 2024 10:47

Oktyabrın 6-da saat 10 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisindən qəsəbə sakini 1980-ci il təvəllüdlü Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyerlisi 1969-cu il təvəllüdlü Nizami Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun