Kriminal

Qazilərə torpaq satmaq adı ilə onların pulu mənimsənildi

9 Sentyabr 2024 18:48
Baxış: 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəxanı bələdiyyəsinin sabiq şöbə rəisi Məhəmməd Ağakişiyevin cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq) maddəsi ilə ittiham olunan sabiq şöbə rəisi barədə seçilmiş həbs olmayan qətiimkan tədbirinin qüvvədə saxlanılması və işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, Məhəmməd Ağakişiyev Sabunçu rayonunun Nardaran qəsəbəsində ikisi qazi olmaqla 5 nəfərə torpaq satmaq adı ilə onların 186 min manat pulunu mənimsəməkdə təqsirləndirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.