Kriminal

Arvadına hədə-qorxu gələn kişi həbs edildi

7 Sentyabr 2024 14:12
Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qadın sərxoş həyat yoldaşından polisə şikayət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 41 yaşlı Elvin Quliyev (ad-soyadlar şərti) hadisə günü içkili vəziyyətdə evə gəlib.

İttihama görə, həyat yoldaşı Samirə onun davranışlarını qınayarkən, Elvin ona "səni öldürərəm ha", - deyə cavab verib. Bu sözü eşidən kimi qadın birbaşa polis şöbəsinə qaçıb. Sərxoş ər onun arxasınca gəlib və cütlük şöbənin qarşısında da mübahisə edib.

Arvadının şikayətdən sonra Elvin saxlanılıb və əməli xırda xuliqanlıq kimi qiymətləndirlib.  

Nizami Rayon Məhkəməsinin qərarı ilə Elvin 15 sutka inzibati qaydada həbs edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.