Ölkə

"TikTok"da şantaj olunan qadının nişanı POZULDU, işdən çıxarıldı - FOTO

14 Yanvar 2025 23:10
Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadının "TikTok" sosial şəbəkəsində olan səhifəsindəki şəkillərini götürüb adına saxta səhifə açıblar.

Milli.Az xəbər verir ki, "Xəzər Xəbər"ə müraciət edən "TikTok" istifadəçisi 4 aydır şantaj olunduğunu iddia edir.

33 yaşlı qadın deyir ki, sözügedən məsələyə görə nişanı pozulub və işdən çıxarılıb. O, illərdir sosial şəbəkə istifadəçisi olsa da, ilk dəfədir belə halla qarşılaşır.

Adının çəkilməsini istəməyən şikayətçi adına saxta səhifə açan şəxsə - Şahbaz Babayevə elə "TikTok" sosial şəbəkəsi üzərindən müraciət edir və dərhal bu hərəkətlərinə son qoymasını tələb edir.

İddiasına görə, bundan sonra yenidən şəkillərinin paylaşıldığını görür.

Məsələ ilə bağlı ittiham olunan Şahbaz Babayev məqsədinin şantaj olmadığını bildirib.

Hüquqşünas Emil Aslanov isə deyir ki, bir şəxsin razılığı olmadan onun haqqında məlumatların yayılması hüquqi məsuliyyət yaradır.

E.Aslanov qeyd edib ki, şəxsi məlumatların yayılma müstəvisindən asılı olmayaraq, bu kimi problemlərə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ciddi nəzarət edilir.

Bununla bağlı mülki və cinayət məcəlləsində maddələr var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.