İqtisadiyyat

İrandan ölkəmizə göndərilən qidalar barədə XƏBƏRDARLIQ

15 Yanvar 2025 00:27
Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İrandan gələn məhsullara tələbat qiyməti ilə əlaqədardır. Çünki bu məhsullar digərləri ilə müqayisədə daha ucuz təqdim olunur".

Milli.Az xəbər verir k, bunu Baku TV-də yayımlanan "Baku Aktual" verilişində Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.

"İrandan gətirilən məhsullarda GMO aşkar olunub. Qeyd edim ki, qanunvericiliyə görə, GMO-nun əkilməsi, becərilməsi, satılması qadağandır. Ancaq edilən dəyişikliklərə əsasən, heyvan yemlərində bəzi hallarda icazə verilir. Məhsulların tərkibinə mütləq baxmaq lazımdır. Çünki əksəriyyətində soya lesitini var. Dünyada GMO-lu məhsullar sırasında soya bitkisi birinci yeri tutur. Bu səbəbdən nəinki İrandan, fərqli ölkələrdən gətirilən məhsulların tərkibində də soya lesitini var", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.