İnsanın qocalmasının iki əsas mərhələsi müəyyənləşdi - TƏDQİQAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Stanford Universitetinin alimləri insanın qocalma prosesinin iki əsas zirvə nöqtəsini müəyyən ediblər: 44 və 60 yaş. Bu tapıntılar "Nature Aging" elmi jurnalında dərc olunub və bədənimizin əvvəlki tədqiqatlardan fərqli olaraq daha ani və dramatik dəyişikliklərə məruz qaldığını ortaya qoyub.
Milli.Az "euronews.com" saytına istinadla xəbər verir ki, tədqiqat qrupunun rəhbərlərindən biri, professor Maykl Snayder yaşlanma prosesinin yalnız tədrici dəyişikliklərdən ibarət olmadığını vurğulayıb: "Biz zamanla tədricən dəyişmirik. Həqiqətən də dramatik dəyişikliklər var. Molekulyar səviyyədə dəyişikliklər, xüsusilə, 40 yaşın ortaları və 60 yaşın əvvəllərində daha çox müşahidə olunur. Bu, fərqli molekulyar siniflərdə - RNT, zülallar, metabolitlər və mikrobiom - genişmiqyaslı dəyişiklikləri əhatə edir".
Tədqiqatda 25-75 yaş arası 108 iştirakçıdan götürülmüş qan və bioloji nümunələr analiz olunub. Bu nümunələrdən 135 mindən çox molekul və mikroorqanizm izlənilib, yaşlanma ilə bağlı dəyişikliklərin xəritəsi çəkilib. Ümumilikdə, 250 milyard məlumat nöqtəsi analiz edilib və nəticələr göstərib ki, molekulların 81 faizi 44 və 60 yaşda əhəmiyyətli dəyişikliklərə məruz qalır. Tədqiqatın nəticələri yaşlanmanın müxtəlif aspektlərinə yeni baxış gətirib.
44 yaşda baş verən dəyişikliklər:
Molekulyar səviyyədə sürpriz olaraq qadın və kişilərdə eyni vaxtda baş verən dəyişikliklər müşahidə olunub. Əvvəlcə qadınlarda menopoz ilə əlaqəli olduğu düşünülən bu dəyişikliklərin kişilərdə də eyni dərəcədə baş verdiyi təsbit olunub. Bu, digər potensial amillərin əhəmiyyətini vurğulayır.
60 yaşda baş verən dəyişikliklər:
İmmunitet funksiyasının zəifləməsi, xroniki xəstəliklərin artması və yaşa bağlı digər proseslərlə üst-üstə düşür.
Maddələr mübadiləsi, ürək-damar sağlamlığı, dəri və əzələ funksiyaları kimi aspektlərdə də molekulyar dəyişikliklər öz əksini tapır. Tapıntılar yaşlanma ilə bağlı xəstəliklərin - məsələn, ürək-damar xəstəlikləri və Alzheimerin niyə birdən ortaya çıxdığını izah etməyə kömək edir. Professor Maykl Snayder bu məlumatların erkən müdaxilə üçün istifadə edilə biləcəyini vurğulayıb:
40 yaşlarında statin istifadəsinə başlanılması xolesterolun yığılmasının qarşısını ala bilər.
60 yaşında immunitet sistemini gücləndirən tədbirlər böyrək və immunitet zəifliyinin təsirlərini azalda bilər.
Bu tədqiqat qocalma prosesinin daha yaxşı anlaşılmasına və fərdi tibbi yanaşmalarda yeniliklərə yol açma potensialına malikdir./modern.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)





