Tanınmış həkim 2 min manata görə qətlə yetirilibmiş - YENİLƏNİB - TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
09:18
Zaqataladakı cinayətin yeni təfərrüatı məlum olub.
Milli.Az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə qətl iki min manata görə törədilib.
Belə ki, Tariyel Əhmədov Həsən Davudovdan sələmə götürdüyü pulun bir hissəsini qaytarsa da, sonda qalan iki min manatı verməyib və məsələ məhkəməyə qədər uzanıb.
Məhkəmə isə Tariyel Həsənovu haqlı bilib və qərarı onun xeyrinə çıxarıb.
Yenidən pulu tələb edən H.Davudova T.Əhmədovun cavabı məhkəmənin qərarını yenidən xatırlatmaq olub. Bundan hiddətlənən şəxs ov tüfəngini götürərək həkimi güllələyərək öldürüb.
Digər bir məlumata əsasən mübahisə mövzusuna çevrilən pulun üçüncü şəxsə aid olması, lakin həmin pulun H.Davudov tərəfindən sələmə verilməsidir.
--------------
2024.08.27
Zaqatalada törədilən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub.
Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Tariyel doktorun qıznının Aşağı Tala kəndində yerləşən evində qeydə alınıb.
Həsən Davudov Tariyel Əhmədovun qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və tərəflər arasında dava düşüb.
Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb.
Atəş səsinə polis əməkdaşları gəlib. Polis əməkdaşları Həsən Davudovdan silahı yerə qoyaraq təslim olmasını tələb ediblər. Təslim olmaq istəməyən Həsən Davudov özünü güllələyərək intihar edib.
Məlumata görə, Tariyel Əhmədovla Həsən Davudov arasında keçmişdən ədavət olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş.
-----------
11:16
Zaqatalada baş verən qətlin təfərrüatları məlum olub.
Milli.Az APA-ya istinadən bildirir ki, uzun illər Zaqatalada həkim kimi çalışmış Tariyel Əhmədov Həsən Davudov tərəfinfən qızının evində qətlə yetirilib. H. Davudov onu qətlə yetirəndən sonra ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb.
Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib.
İlkin məlumata görə, hadisə pul üstündə yaranan münaqişə zəminində baş verib.
10:58
----------
Avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra yenə atəş açıb.
Araşdırma aparılır.
Tariyel Əhmədovun Zaqatalada tanınmış həkim olduğu, bir neçə il əvvəl təqaüdə çıxdığı bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Polis əməliyyatlar keçirdi: 50 nəfər saxlanılıb
-
Qətldə təqsirləndirilən şəxsin həyat yoldaşı məhkəmədə etiraf etdi
-
Oğlunun adından dələduzluq: Zaur Kamal onları polisə verdi - (Foto)
-
Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı
-
Bakıda internetə görə qonşular arasında dava - Ölən var
-
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti açıqlandı
XƏBƏR LENTİ
-
İran Hörmüz boğazı ilə bağlı şərt irəli sürdü
-
Tbilisidə güclü leysan küçələri su altında qoydu - (Video)
-
Azərbaycanda 38 dərəcə isti olacaq - Proqnoz
-
“Avromed Company” Milli Mətbuat Günü münasibətilə tədbir keçirib - (Foto)
-
"Qırmızı Körpü" gömrük postunda 300 ədəd telefon aşkarlandı
-
Azərbaycanda iş rejimi dəyişir: Hansı peşələrə şamil olunacaq?
-
“İşçi xəbər verməmişdi” - Bu bəhanə işəgötürəni məsuliyyətdən azad etmir
-
Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
-
"Nikosayağı"nın oğlu ilə paylaşımı - (Foto)
-
"Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
-
AZAL bu il donanmasına 4-cü təyyarəni əlavə edib
-
Samir Bağırov: "10 ildən çoxdur anamı görmürəm", deyir ki, "petruşka" kimi geyinmə" - (Video)
-
Paytaxtda yaşıllaşdırma tədbirləri sürətlənib - Yeni ağaclar və dekorativ güllər əkilir - (Foto)
-
Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb
-
Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
-
İspan ulduz "Real Madrid"ə keçmək istəyir
-
Salyanda dörd nəfərin öldüyü dəhşətli qəzanın səbəbi məlum oldu - (Video)
-
Hansı reklamlar İnzibati Xətalar Məcəlləsini pozur?
-
4 cinayətin üstü açıldı
-
İspaniya millisi qələbədən nə qədər qazanıb?
-
Sevil-Sevincin müzakirə yaradan görüntüsü - (Video)
-
Messi Argentina millisi ilə vidalaşır
-
Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
-
Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda





