Kriminal

Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI

27 İyul 2024 11:45
Baxış: 2 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonu ərazisində avtomobildən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, polisə müraciət edən qadın sürücü "KİA" markalı avtomobilindən 1670 manat, 3000 dollar, 2 ədəd mobil telefon və kosmetik vasitələr olan çantanın oğurlandığını bildirib. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 49 yaşlı Zakir Əliyev müəyyən olunaraq saxlanılıb. Onun avtomobildən etdiyi oğurluq müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Z.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.