Kriminal

Polkovnik Həziyev haqda yeni qərar - FOTO

7 Sentyabr 2024 10:07
Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvanda N saylı hərbi hissənin komandiri, polkovnik Samir Həziyevin həbsdə saxlama müddəti uzadılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Qərara əsasən, polkovnik Həziyevin həbs müddəti 2 ay uzadılıb. 

Qeyd edək ki, o, itkin düşdükdən sonra qətlə yetirilmiş halda tapılan əsgər Hüseynov Ceyhun Tofiq oğlunun cinayət işi ilə əlaqədar istintaqa cəlb edilib. Polkovnik Ceyhun Hüseynovun xidmət etdiyi hərbi hissənin komandiri olub.

İttihama görə, komandir əsgərin itkin düşməsi ilə bağlı dərhal zəruri tədbirlər görməyib, araşdırma aparmayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.