Kriminal

Tanınmış vəkil arvadını bıçaqladı - FOTO

10 İyul 2024 09:37
Baxış: 4 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Ceyhun Yusifov həyat yoldaşını bıçaqlayıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, ər-arvad arasında olan mübahisə ailə münaqişəsi zəminində baş verib. Nəticədə C. Yusifov həyat yoldaşı Yusifova F. A qızına iki bıçaq zərbəsi endirib. F. Yusifova "qarının ön divarının kəsilmiş-deşilmiş (iki ədəd) yaraları" diaqnozu ilə xəstəxanaya daxil olub.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.