Kriminal

Hafiz Babalının həbs müddəti uzadıldı

9 İyul 2024 18:05
Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Abzas media" işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalist Hafiz Babalı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, Hafiz Babalının həbs müddəti 2 ay 7 gün uzadılıb.

Qeyd edək ki, "Abzas media" işi üzrə aparılıan istintaq üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda, direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.