İş yoldaşını yuxuda tez-tez gördüyündən falçıya üz tutdu - Başına iş gəldi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnstaqramda özünü falçı qadın kimi təqdim edən Bakı şəhər sakini 2002-ci il təvəllüdlü R.Əliyev həbs edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Əliyev Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Məlum olub ki, R.Əliyev sosial şəbəkədə "falci baxici Emma" adlı səhifə açıb. 22 yaşlı oğlan ona müraciət edən şəxslərdən biri - Quba rayon sakini olan B.Cavadova (şərti) ilə bir qədər yazışdıqdan sonra onu şantaj edərək pul almaq qərarına gəlib.
Cinayət işi üzrə Quba Rayon Məhkəməsində keçirilən prosesdə B.Cavadova hadisə barədə ətraflı məlumat verib: "Quba şəhərində yerləşən marketlərdən birində satıcı işləyirdim. İşdən çıxdıqdan sonra iş yoldaşım A.Ramazanovu mütəmadi olaraq yuxuda görürdüm. Bundan narahat olaraq falçıya müraciət etdim. 10 yanvar 2024-cü il tarixində instaqramda "falci_baxici_emma" adlı səhifəsi ilə yazışaraq əlaqə saxladım, əvvəllər bir yerdə işlədiyim oğlanı tez-tez yuxuda gördüyümdən narahat olduğumu bildirdim.
Yazışdığım şəxs fala baxmaq üçün özümün və oğlanın şəkillərini istədi. Öz şəklimi və oğlanın fotosunu sosial şəbəkədən skrin edib yolladım. Şəkilləri göndərdikdən sonra yazışdığım şəxs mənə bəxtimin bağlı olduğunu bildirərək təmizlənməsi üçün 200 manat pul istədi".
Bundan sonra R.Əliyev həmin qadını şantaj edərək pul tələb etməyə başlayıb. O, səhifənin haker tərəfindən ələ keçirildiyini yalandan deyib. Özünü daha sonra haker kimi təqdim edən gənc Qubada yaşayan həmin oğlana yazacağını, baş verənləri ona deyəcəyini, rüsvay edəcəyini bildirərək B.Cavadovadan pul tələb etməyə başlayıb. O, qızdan ümumilikdə 430 manat pulu hədə-qorxu ilə alıb.
B.Cavadova təhdidlərdən və pul tələb edilməsindən bezərək Quba Rayon Polis Şöbəsinə müraciət edib. Bundan sonra R.Əliyev barəsində araşdırma aparılıb və onun yeri Bakı şəhər Binəqədi rayonu ərazisində müəyyən edilərək saxlanılıb.
Quba Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə R.Əliyevə 3 il 3 ay həbs cəzası verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hacı Vəliyevə hökm oxundu
-
İstanbulda dəhşətli QƏTL: Qayınana gəlinini güllələdi - FOTOlar
-
Azərbaycanda qadın həyat yoldaşını bıçaqladı
-
Əhməd tibb müəssisəsindən qaçıb? - DİN-dən AÇIQLAMA
-
Məktəbdəki hadisədə 2 güllə yarası almışdı - 18 gün sonra ÖLDÜ
-
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər TUTULDU
XƏBƏR LENTİ
-
Tramp İranı HƏDƏLƏDİ
-
Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı
-
Övladı ilə danışığı qınandı - VİDEO
-
Paytaxtın bu küçəsində hərəkət DƏYİŞDİRİLİR
-
Valverde kəllə-beyin travması alıb - Rəsmi AÇIQLAMA
-
Magistraturaya qəbul imtahanı ilə bağlı MÜHÜM XƏBƏR
-
Bakı tıxacdan qurtulur? - Yeni layihə
-
Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı
-
Tramp İranla nüvə razılaşmasının şərtlərini AÇIQLADI
-
Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə
-
Mayın pensiyaları ödənildi
-
Bu ölkədə də hantavirus aşkarlandı
-
"Real Madrid"də "türk ordusu" qurulur: Yeni mövsümdə 3 türk ULDUZ
-
Qızılın qiyməti kəskin ARTDI
-
Məşhur aktrisa özünü öldürmək üçün məhkəməyə üz tutdu
-
Pul, sevgi və uğur yağacaq: 4 BÜRCün həyatı dəyişir
-
"WhatsApp" artıq belə görünəcək - FOTO
-
Bu gün işdən tez ÇIXA BİLƏCƏKSİNİZ
-
Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO
-
Azərbaycanda axtarılan şəxslərin gizləndiyi ölkələr açıqlandı
-
Neft qiymətləri ÇÖKDÜ - Bazarlarda kəskin ucuzlaşma
-
"Sabah"dan "transfer bombası": PSV-nin keçmiş ulduzunu...
-
BƏƏ İran tərəfindən buraxılan raket və PUA-ların qarşısını alıb
-
Körfəz ölkələri Vaşinqtona niyə artıq tam etibar etmir?





