Kriminal

23 bıçaq zərbəsi vurmuşdu - 17 il həbs verildi

14 İyun 2024 18:44
Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə kafe sahibini qətlə yetirən 2004-cü il təvəllüdlü Samir Hüseynova hökm oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi S.Hüseynovu Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin marketinq ixtisası üzrə 2-ci kurs tələbəsi olan Samir tanışı 1988-ci il təvəllüdlü Kamil Cəfərovu 23 bıçaq xəsarəti ilə amansızlıqla öldürüb.

Bildirilib ki, Kamil Cəfərov kafe sahibi olub və hadisə də kafedə baş verib. Qonşuluqdakı obyektdə günəmuzd fəhlə kimi çalışan Samir Kamili söyüşə görə qətlə yetirdiyini deyib.

Məhkəmənin hökmü ilə S.Hüseynova 17 il həbs cəzası verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.