Kriminal

Saxlanılarkən özünə xəsarət yetirdi - FOTO

23 May 2024 16:38
Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətlərdə şübhəli bilinən şəxs saxlanılarkən özünə xəsarət yetirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Orta yaşlı şəxs polislər tərəfindən saxlanılarkən ülgüc çıxarıb və qoluna xəsarətlər yetirib. O, daha sonra qaçaraq uzaqlaşıb.

DİN-in Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirildi ki, həmin şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətlərə görə məhkum olunan 37 yaşlı İsayev Əli Vahid oğludur. Onun barəsində eyni əmələ görə yenidən şübhələr olduğundan məcburi gətirilmə qərarı çıxarılıb. Polis əməkdaşları tərəfindən Şirvan şəhərində saxlanılarkən üzərində olan kəsici alətlə özünə xəsarət yetirərək ərazidən uzaqlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.