Kriminal

Xankəndidə silahlı şəxs tutuldu - FOTO

22 May 2024 10:15
Baxış: 2 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd rayon sakini Əmrah Haqverdiyev Xankəndidə  Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, şübhəli şəxs qismində saxlanılan şəxsin üzərində silah-sursat aşkar edilib. Sandıqcasında 8 ədəd patron olan "Makarov" tipli tapança və həmin tapançaya aid əlavə 16 ədəd patron polis tərəfindən aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində ayrı-ayrı tikililərdə əvvəlcədən gizlədərək saxladığı 1 ədəd "AK-74" markalı avtomat silah, 6 ədəd patron darağı, 273 ədəd müxtəlif çaplı patron, müvəqqəti yaşadığı evdən 3 ədəd süngü-bıçaq aşkar olunaraq götürülüb. 

Faktla bağlı şəhər polis şöbəsində Ə.Haqverdiyev barəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.