Kriminal

"Şollar" kafesində qanlı dava: bıçağı qarnına sancdı

6 Dekabr 2023 10:41
Baxış: 2 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda kafelərin birində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən "Şollar" kafesində qeydə alınıb.

Hadisə zamanı Məmmədov İlyas Zəkulla oğlu qarın boşluğundan bıçaq xəsarət alıb.

İlyas Məmmədov Bakı şəhəri Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.