Kriminal

Qəbiristanlıq direktoru rüşvətə görə tutuldu

30 Oktyabr 2023 17:54
Baxış: 2 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvanda qəbiristanlıq direktoru rüşvət almağa görə həbs edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

İş materiallarına görə, A.S. qohumunun İrəvan inzibati dairəsinin Nork-Maraş ərazisində yerləşən qəbiristanlıqda dəfn edilməsi üçün konkret torpaq sahəsinin ayrılması məqsədilə V.K.-dan 2,5 min ABŞ dolları məbləğində rüşvət alıb.

O, G.E.-nin vasitəçiliyi ilə 2 min dollarlıq "mükafat"la başqa oxşar sövdələşmə də edib.

Sadalanan şəxslərin hamısı həbs edilib: A.S. korrupsiyaya görə, V.K. və G.E. rüşvət verməyə görə.

İbtidai istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.