Qızı mağazadan oğurluq etdiyinə görə hamilə arvadını öldürdü - Məhkəmə qərar verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda arvadını xüsusi amansızlıqla öldürməkdə və qızını döyməkdə təqsirləndirilən Vüqar Nəmətovun hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Milli.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, 2022-ci il oktyabrın 22-də saat 1 radələrində Abşeron rayonu, Saray qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun oktyabrın 21-də saat 22 radələrində yaşadıqları evdə 2015-ci il təvəllüdlü qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə), 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, hadisədən əvvəl Vüqarın 7 yaşlı qızı "Al Market" mağazasından 37 manat dəyərində müxtəlif şirniyyat məhsulları oğurlayıb. O, 25-26 həftəlik hamilə olan arvadı Səidənin də bundan xəbəri olmasına görə əsəbiləşib, qızını cəzalandırmaq məqsədilə yaşadıqları evin həyətindən boru parçasını götürüb uşağı döyüb. Səidə ona yaxınlaşaraq qızını döymək üçün istifadə etdiyi dəmir borunu əlindən almasından və onun zorakı əməllərinin qarşısını almaq üçün itələməsindən əsəbiləşib. Daha sonra Vüqar dəmir parçası ilə Səidəni döyərək öldürüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)





