Kriminal

Bakıda 34 yaşlı qadını 6 nəfər döyüb

24 Aprel 2023 07:31
Baxış: 1 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 34 yaşlı qadın bir neçə nəfərin hücumuna məruz qalaraq ağır xəsarət alıb.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə "20 Yanvar" stansiyasının yanında baş verib.

1989-cu il təvəllüdlü Həbillayeva Pərvanə Məmməd qızı bildirib ki, tanımadığı 6 nəfər tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və üz-baş nahiyələrinin hematoması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.