Nicat Lənkəranskinin həbsinin sirri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstisna deyil ki, kriminal hesablaşmanın qarşısını almaq üçün düşmən tərəflər həbsə salınıb
Martın 10-da Bakı Sirkinin qarşısında sui-qəsd cəhdi edilən Nicat Ələkbərovun (Lənkəranski) hadisədən bir neçə gündən sonra həbs edilməsi əslində, gözlənilməz olmadı. Nicat Lənkəranski Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə saxlanıldığı deyilir. Nicat Lənkəranskinin (o "Talış Nicat" ayaması ilə də tanınır) bu ittihamla həbs edilməsi bir az müəmmalıdır. Amma səbəb nə olursa-olsun bu həbsin sözügedən sui-qəsd cəhdi ilə birbaşa bağlı olduğu şübhə doğurmur. Mümkündür ki, bu ilkin ittihamdır, sonrakı mərhələdə Nicat Lənkəranskiyə daha ağır ittihamlar verilsin. Çünki sui-qəsd cəhdinin arxasındakı səbəb məhz Nicat Lənkəransikiyə yönəlik qətl ittihamlarıdır. O da istisna deyil ki, bu kriminal hesablaşmanın davam etməsinin qarşısını almaq üçün düşmən tərəflər həbsə alınıb.
Qeyd edək ki, sui-qəsdlə bağlı 3 nəfərin həbs edildiyi, onlardan birinin kriminal avtoritet Emin Qasımovun qardaşı Elvin Qasımov olduğu bildirilir. Bunu rəsmi olaraq hələ də təsdiqləməyiblər, amma bu hesablaşmanın qan düşmənçiliyi, intiqam olduğuna şübhə yoxdur.
Qeyd edək ki, silahlı hücumda hədəfin Nicat Lənkəranski olunduğu şübhə doğurmur. Çünki ötən ilin oktyabr ayının 25-də İstanbulda əslən Şərur rayonundan olan kriminal avtoritet, "Qardaşoğlu" ləqəbilə tanınan Elnur Qasımov öldürülməsində Nicat Lənkəranskinin adı hallanır. Hadisə İstanbulun Ataşəhər adlanan hissəsində baş verib. Belə ki, oktyabrın 25-də Ataşəhərə qardaşı oğlu ilə birgə gələn Şərur rayon sakini Elnur Qasımov oradakı binaya daxil olmaq istəyərkən bu zaman onlara yaxınlaşan avtomobildən atəş açılıb. 6 güllədən 4-ü Elnur Qasımova müxtəlif yerlərindən dəyib. Ağır xəsarət alan E.Qasımov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, "Qardaşoğlu" Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. Emin Naxçıvanski kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə ötən il həbsdən buraxılıb. Elnur Qasımov Türkiyədən gətirilərək Şərur rayonunda dəfn edilib.
Hələ o zaman yerli mediada qətl işində Nicat Lənkəranskinin adı hallanırdı. Yerli mətbuatda haqqında gedən məlumatlardan bəlli olur ki, Nicat Lənkəranski əvvəl Rövşən Caniyevin adamlarından biri olub. Bir versiyaya görə, Rövşən Lənkəranksinin qətlindən sonra onun Lotu Qulinin tərəfinə keçdiyi iddia edilirdi. Başqa bir versiyada isə bunun əksi iddia olunur. Bildirilir ki, Rövşən Lənkəraniskidən sonra Nicat Lənkəraniski parçalanmış və dağınıq halda olan "rövşənçiləri" bir araya toplamağa çalışıb. Bu da digərlərinin xoşuna gəlməyib.
Nicat Lənkəranskinin adı 2018-ci ilin noyabrında Rövşən Lənkəranskinin daha bir yaxın adamı, Əhmədli Ruslan kimi tanınan avtoritetin yaralanmasında da hallanmışdı. Ruslanın da Lənkərandan olduğu, amma Bakının Əhmədli qəsəbəsində doğulduğu deyilirdi. Onun 1 saylı Cəzaçəkmə Müəssəsində məhkumluq həyatı yaşadığı vaxt həm də Pervıy Ruslan kimi tanınmağa başlamışdı. Elə orada da Rövşən Lənkəranskinin "praqon"u əsasında uzun müddət "vəziyyətə baxdığı" barədə kifayət qədər məlumatlar var. 2016-cı ilin yayında isə Rövşən Lənkəranski İstanbulda "qanuni oğru"ların toplantısı keçirərkən Ruslan Əhmədliyə "tacqoyma" mərasimi keçirib.
Məlumatda bildirilirdi ki, guya Lənkəranskinin qətlindən sonra Nicat son vaxtlar öz çevrəsində deyirmiş ki, o, "oğru dünyası"nın əsas adamlarından olacaq. Bu iddiaya düşməsi isə kriminal çevrələrdə xoş qarşılanmayıb. Nicatla görüşüb, söhbət etmək, 14 il qapalı rejimli həbsxanada cəza çəkmiş Ruslana həvalə edilib. Nicat və Ruslanın münasibətləri Rövşən Lənkəranskinin sağlığında heç də pis olmayıb.
Bildirilirdi ki, o, 2018-ci ilin noyabr ayının 30-da Nicatı ofisinə çağıraraq, onunla söhbət edib, sonra isə mübahisə ediblər. Bu zaman Nicat üstündəki odlu silahı çıxararaq Ruslana iki dəfə atəş açıb. Onun İstanbulun məşhur xəstəxanalarından birində uzun müddət müalicə aldığı bildirilirdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
XƏBƏR LENTİ
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq





