Kriminal

Bakıda 15 yaşlı yeniyetmə anasını qətlə yetirdi

10 Fevral 2023 11:51
Baxış: 2 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 15 yaşlı yeniyetmə anasını qətlə yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, hadisə Xətai rayonunda yerləşən mənzillərdən birində baş verib.

Belə ki, bu gün 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə yollanıb. Araşdırmalarla qətlin mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü şübhəli tutularaq istintaqa təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.