Səbinə Kətanova “Prado” ilə piyadanı vurub qaçıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bloqer Səbinə Kətanova avtomobillə piyadanı vurmaqda ittiham edilir.
Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, onun bir müddət öncə qəza törədərək hadisə yerindən qaçdığı bildirilir.
Belə ki, S.Kətanova özünə məxsus "Toyota Prado" markalı avtomobillə yolu keçmək istəyən piyada Faiq Quliyevi (şərti) vurub. Hadisə Nərimanov rayonu ərazisində baş verib. Bloqer hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb.
Bundan sonra müvafiq kamera görüntüləri araşdırılıb və S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. F.Quliyev iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.
Məsələ ilə bağlı S.Kətanovanın da mövqeyini öyrənmək üçün özü ilə əlaqə yaratmaq istəsək də, zənglərimizi açmadı.
Xatırladaq ki, bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi. Vəkilə 8 il həbs cəzası verilmişdi.
Qeyd edək ki, S.Kətanova instaqramda bloqer kimi tanınır. Onun 305 mindən çox izləyicisi var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
XƏBƏR LENTİ
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq





