"Evdən qardaşımgilə getmək adıyla çıxıb, Nurani ilə yatırdım" - Öldürülən idmançı hər gecə arvadının yanına başqa qadın gətirirmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az "Report"a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nigar Qasımova (ad, soyadı şərti) ifadə verib.
O bildirib ki, mərhum N.Qalabəyli ilə kafedə işləyən zaman tanış olub:
"Sonra Nurani məni evinə dəvət etdi. Mən isə onun evinə getmək istəmədim. Bu zaman Nurani evə zəng edib həyat yoldaşı Əfsanə ilə danışdı. Ona dedi ki, evə qadın gətirirəm. Mənə evdəkilərin razılıq verdiyini söylədi. Bundan sonra onunlara getməyə razılaşdım. Birlikdə onlara getdik, bizi Əfsanə qarşıladı. Həmin vaxt Əfsanə bildirdi ki, narahatlıq yoxdur, sərbəst ol. Biz birlikdə evdə çay içdik, söhbət etdik. Daha sonra Əfsanə bizə yer saldı. Mən buna razı deyildim. Nurani isə mənə hədə-qorxu gəldi, sonra döyüb barmağımı zədələdi. Məcbur olub onunla razılaşdım".
N.Qasımova deyib ki, növbəti günlərdə N.Qalabəyli ona tez-tez zəng edirmiş. Qadının sözlərinə görə, onun zənglərinə cavab verməyəndə isə ölümlə hədələyirmiş:
"Nuraninin ölüm xəbərini köhnə işlədiyim kafedəki iş yoldaşlarımdan eşitdim. Əvvəlcə onun beyninə qansızması nəticəsində öldüyünü dedilər. Sonradan məlumat əldə etdim ki, Nuranini həyat yoldaşı Əfsanə qətlə yetirib. Mən özüm də ailəliyəm, iki uşağım var. Evdən qardaşımgilə getmək adıyla çıxırdım. Nurani spirtli içki qəbul edəndə özündə olmurdu. Onunla intim münasibətim 3 il davam etdi. Hər dəfə onlara gecələr gedirdim. Həmişə Nuraninin arvadı da, uşaqları da evdə olurdu. Onunla görüşməyəcəyim halda münasibətlərimiz barədə yaxınlarıma, qohumlarına zəng edərək deyəcəyini bildirirdi, məni ərimlə, oğlumla şantaj edirdi".
Təqsirləndirilən şəxs isə söyləyib ki, Nigar onun evinə Nurani üçün digər qadınları da gətirib:
"Bütün bunlar mənim, uşaqlarımın gözünün qarşısında baş verirdi. Etiraz edəndə, döyülürdüm, söyülürdüm. Nurani mənə illərlə zülm eləyib. Zəng eləyirdi ki, hazırlıq gör, evə adam gələcək. Bir də görürdüm ki, evə pozğun qadın gətirdi. O evdə elə dəhşətlər yaşamışam ki..."
Daha sonra şahid qismində Ə.Qalabəylinin qonşusu Namil Nəcəfov dindirilib. O deyib ki, hadisə günü işdən evə qayıdanda binanın blokunun qarşısında Əfsanənin əlində bıçaq olduğunu görüb:
"Mən də bu barədə polisə məlumat verdim. Onlar gəlib qadının əlindən bıçağı aldılar. Hadisə gününə qədər onları tanımamışam".
Prosesdə şahid qismində təqsirləndirilən şəxsin 13 yaşlı oğlu da ifadə verib. O bildirib ki, mərhum atası ailə üzvləri ilə çox pis davranırmış.
"Əvvəllər Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində oxuyurdum, həftənin 5 günü orada, 2 günü isə evimizdə qalırdım. Evə gələndə döyülmək, söyülmək, pozğunluq görürdüm. Atam evə pozğun qadınlar gətirirdi. O, bizi digər otağa salırdı, özü isə başqa otağa girib qapını arxasından bağlayırdı".
Məhkəmənin növbəti ictası fevralın 3-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.
Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, N.Qalabəyli "Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış





