Evinin həyətini narkotik plantasiyasına çevirən qadın saxlanıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş təxirəsalınmaz əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nazilə Hüseynova iş başında, yəni çətənə kollarına qulluq edən zaman yaxalanıb.
Həyətyanı sahəyə baxış keçirilən zaman tərəvəz bitkiləri becərilən ərazidən 176 ədəd çətənə kolu aşkarlanıb. Nazilə Hüseynova ifadəsində narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini etiraf edib və onları becərməkdə məqsədinin yetişdirib qurutduqdan sonra satıb, yüksək qazanc əldə etmək olduğunu bildirib. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülüb və müvafiq ekspertizaya təqdim olunub. N.Hüseynova isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə yaşadığı evin həyətindəki istixanada külli miqdarda narkotik tərkibli bitkilər kultivasiya edən və narkotik vasitələrin satışı ilə məşğul olan Meşəşambul kənd sakini İsa Gözəlov tutulub. Həmin istixanaya baxış keçirilən zaman oradan ümumi çəkisi 40 kiloqrama yaxın 34 ədəd çətənə kolu və evin çardağında gizlətdiyi 7 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Rus model sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Kəllə sümüyünün yarısını itirib - (Fotolar)
XƏBƏR LENTİ
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər





