Gələn il Bakı metrosunda YENİIİK OLACAQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Metropoliteninin "Xocasən" stansiyasında inşaat işləri tamamlanmaq üzrədir. Artıq üzləmə işlərində də sonuncu mərhələdəyik.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, ən vacib məsələ stansiyadan tunelə qədər yerüstü yol infrastrukturunun qurulmasında da fəal işlər davam edir.
Hər hansısa əlahiddə problem olmasa, Xocasən yerüstü stansiyası gələn ilin sonuna qədər təhvil veriləcək.
"Stansiya Lökbatan və Sədərək Ticarət Mərkəzi istiqamətindən hərəkət edəcək insanların nəqliyyat problemlərinin aradan qaldırılması istiqamətində mühüm rol oynayacaq.
Digər tərəfdən Xocasən stansiyası Bakmildən çox fərqlənəcək. Bakmil xəttin ortasında yerləşdiyindən bu istiqamətdə qatarların çıxıb, daxil olması mürəkkəb texnoloji hala çevrilib. Bəzən bu, intervala da təsir göstərdiyindən sərnişinlərin də narazılığına səbəb olur. Amma Xocasənlə bağlı belə bir problem olmayacaq. Çünki xəttin başlanğıcında olduğundan qatarların sərnişin tələbatına uyğun intensiv hərəkətinin təmin edilməsi üçün şərait olacaq. Həmçinin 8 Noyabr stansiyasının arxasında dönmə kamerası olduğundan intervalın tənzimlənməsi çox rahat olacaq".
Bundan əlavə, gələn il Rusiyadan Azərbaycana daha dörd yeni metro qatarı gətiriləcək.
Bunu Milli.Az-a açıqlmasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, həmin qatarların gətirilməsi gələn ilin yayın sonuna qədər başa çatdırılacaq və tənzimləmə-sınaq işlərindən sonra xəttə buraxılacaq.
"2019-cu ildə Rusiyanın "Metrovaqonmaş" müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən 3 il ərzində hər il metropolitenə 20 vaqon və ya 4 qatar tərkibi gətirilməsi nəzərdə tutulub.
Ötən illərdə sifariş vaxtında yerinə yetirilib. Gələn il də mütləq şəkildə 4 qatar gətiriləcək. Hazırda texniki şərtlərin hazırlanması istiqamətində işlər aparılır. Gələn ilin əvvəlindən bu şərtlər istehsalçı ilə müzakirə olunacaq və Bakı Metropoliteninin tələblərinə uyğun həmin qatarların istehsalına başlanılacaq", - B.Məmmədov deyib.
Metropoliten rəsmisi qeyd edib ki, Bakının özünəməxsus relyefi, coğrafiyası olduğundan qatarlarla bağlı xüsusi şərtlər var.
"Məsələn, kondisionerlərin quraşdırılması ilə bağlı bizim öz tələblərimiz olur. Vaqonların mühərriklərlə təmin olunması və digər məsələlərlə bağlı xüsusi şərtlərimiz var və bunlara əməl olunmalıdır. Çünki Bakı metrosu quruluş baxımından çox mürəkkəb olduğundan, bəzən də dünya standartlarından kənara çıxdığından şərtlərə əməl olunması çox vacibdir", - o bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir





