Peyvənd hamilə qadınlarda riskləri artırmır - Mütəxəssis
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov peyvəndin hamilə qadınlara təsiri ilə bağlı sualları cavablandırıb.
Trend həmin cavabları təqdim edir:
COVID-19 xəstəliyi hamilə qadınların səhhətində nə kimi problemlər yaradır?
- Hamilələrin eyni yaş hamilə olmayan qadınlara nəzərən COVID-19 xəstəliyini daha ağır keçirdiyi elmi tədqiqatlarla təsdiq olunub. Xüsusilə də yanaşı xəstəliyi - şəkərli diabet, artıq çəki, gecikmiş hamiləlik, bronxial astma olanlar çox daha ağır keçirirlər. COVID-19 nəticəsi pozitiv olan hamilələrdə xəstəliyin yaratdığı ağırlaşmalar səbəbiylə ana ölümü, bətndaxili fetal ölüm, vaxtından əvvəl su gəlişi, vaxtından əvvəl doğum ehtimalı artır. Vaxtından əvvəl doğum baş verən hallarda təbii ki, uşaqda bununla bağlı qalıcı və kəskin ağırlaşmalar ehtimalı da artmış olur.
COVID-19 vaksininin hamiləlik zamanı peyvənd olunan qadınların körpələrinə təsiri haqqında məlumat verməyinizi istərdik.
- COVID-19 vaksinləri yeni olduğundan, hamiləlik zamanı COVID-19 peyvəndi alan qadınların körpələrinə uzunmüddətli təsirləri barədə hələki dəqiq bir məlumat yoxdur, lakin COVID-19 peyvəndləri "canlı" peyvənd olmadığı üçün insanlarda infeksiyaya səbəb ola bilməz. Bundan başqa, digər canlı olmayan peyvəndlər hamiləlik zamanı qadınlara uzun illər heç bir təhlükəsizlik problemi olmadan vurulub. mRNT vaksinləri də (Pfizer və Moderna) inyeksiyadan sonra sürətlə parçalanır. 40 000-dən çox hamilə qadını əhatə edən altı ayrı araşdırma göstərdi ki, peyvənd hamilə qadınlarda vaxtından əvvəl doğuş, ölü doğuş və körpələrdə anadangəlmə anomaliya riskini artırmır.
COVID-19 vaksinlərinin ana bətnində olan körpələrə təsiri barədə danışdıq. Bəs hamilə qadınların özü üçün bu vaksin təhlükəsiz və effektivdirmi?
- COVID-19 vaksinlərinə dair sübutlar ÜST və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir.
ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olması qənaətindədir.
Hamiləlik zamanı peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu aşkar edib.
İngiltərədəki araşdırmaların nəticələrinə görə COVID-19 peyvəndlərinin hamilə qadınlar və ya inkişaf etməkdə olan körpələr üçün zərəri yoxdur. Bundan əlavə COVID-19 peyvəndlərinin tərkibindən ana və körpə sağlamlığı üçün təhlükəli hesab edilən inqrediyentlərin olması da təstiqini tapmayıb.
Peyvəndlər ana bətnindəki körpəyə COVID-19-a qarşı müəyyən miqdarda anticisim ötürə bilərmi?
- Bu mövzuda kifayət qədər araşdırma yoxdur. Yalnız bir qrup hamilə qadında peyvəndin qoruyucu anticisimlərinin plasenta vasitəsi ilə körpəyə keçdiyi və COVID-19-a qarşı immunitetinə kömək etdiyi göstərilib. Ananın immunizasiyası yeni doğulmuş körpəni COVID-19-dan qorumağa kömək etsə də, bu anticisimlərin nə dərəcədə qorunma təmin edəcəyini və ya bu qorunmanın nə qədər davam edəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.
COVID-19 peyvəndlərinin yan təsirləri hansılardır və peyvənd reaksiyası yaranarsa nə etmək lazımdır?
- Ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və uzun müddət davam etmir. Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər: yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. Hamilə olmayan şəxslərdə COVID-19 peyvəndlərinin qızdırma və ya bir neçə gün davam edən əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri müşahidə olunur. Əgər qızdırmanız varsa (38°C və ya daha yüksəkdirsə), istirahət edə və hamiləlik üçün təhlükəsiz parasetamol istifadə edilə bilər. Əlavə məsləhət üçün ailə həkiminə və ya ginekoloqa müraciət edilməlidir.
COVID-19 peyvəndi hamilə qalmağa təsir edirmi?
- Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır. Hamilə olmağa çalışan qadınlar mövcud COVID-19 peyvəndi ilə peyvənd oluna bilərlər və peyvənddən sonra belə hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
XƏBƏR LENTİ
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
10 mindən çox azərbaycanlı Rusiyada təhsil alır
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Gürcüstanda DTX rəisi istefa verdi
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
Bakıda 12 yaşlı qız faciəli şəkildə öldü
-
Ötən həftə Azərbaycanda 3 nəfərin meyiti aşkarlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
İrandan Azərbaycana narkotik keçirmək istədilər
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar





