MTK vətəndaşlardan kommunal sayğaclara görə vəsait tələb edə bilərmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bildiyimiz kimi, yeni inşa olunmuş çoxmənzilli binalarda mənzil mülkiyyətçilərinin qarşılaşdığı problemlərdən biri də onlardan kommunal sayğacların quraşdırılmasına görə əlavə haqların tələb olunmasıdır.
Bu barədə Trend-ə hüquqşünas Arif Nəzərov deyib.
Hüquqşünas bildirib ki, "bu cür halların baş verməsi mənzil sahibləri tərəfindən sayğacların kimin hesabına quraşdırılması sualının yaranmasına səbəb olur. Bəs mövcud qanunvericilik qaldırılan məsələ ilə bağlı hansı normaları müəyyən edir?
"Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar üçün sayğac təchizatçı müəssisənin vəsaiti hesabına təchiz edilir və quraşdırılır.
Həmçinin, sözügedən qanunvericilik aktlarının tələblərinə görə hüquqi şəxs olan istehlakçı üçün sayğac onun öz vəsaiti hesabına təchiz edilir və quraşdırılır.
Eyni zamanda, adıçəkilən qanunların tələblərinə əsasən yaşayış binaları sayğaclarla təchiz edildikdən sonra onların istismarına icazə verilə bilər.
Bununla yanaşı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinə əsasən istismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.
Sayğaclara və onların quraşdırılmasına görə xərclər bina tikintisinə çəkilən ümumi xərclərin tərkibinə aid edilməklə, mənzilin satış qiymətinə və ya pay haqqına daxil olunmalıdır."
Qeyd edək ki, bir müddət əvvəl "Azəriqaz" İB-dən Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın (Qaydalar) 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. "Azəriqaz" İB qanunvericiliyin qeyd olunan tələbinin bu günədək də icrasını tam təmin edir. Ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün istifadə olunan məişət qaz qurğusu istifadəçilərinə münasibətdə "Azəriqaz" İB tərəfindən qaz sayğacları əvəzsiz olaraq təchiz edilir. Belə ki, heç bir ödəniş edilmədən istifadə olunan və istismar müddəti başa çatan qaz sayğacları yenisi ilə əvəzlənilir, qüsurla çalışan sayğaclar təmir edilir, yeni fərdi yaşayış evləri qaz sayğacları ilə təchiz olunur. Bunun üçün tikinti obyektinə (mənzil, fərdi yaşayış evi) mülkiyyət hüququ olan vətəndaşın və ya sonuncu ilə icarə müqaviləsi bağlayan şəxsin müraciəti yetərlidir. Həmin müraciət əsasında qaz sayğacının quraşdırılma yeri, markası, nömrəsi, quraşdırılma tarixi, üzərindəki plombun nömrəsi, dövlət yoxlamasından keçirilməsinin son tarixi barədə məlumatları göstərilməklə "Azəriqaz" İB vətəndaşla qazın alqı-satqı müqaviləsini (4.4 bənd) bağlayır. Başqa sözlə desək, mövcud qanunvericiliyə əsasən müvafiq xidmətlərin təqdim, o cümlədən əvəzsiz olaraq qaz sayğaclarının təchiz olunması üçün məişət qaz qurğularından istifadə edən şəxslərlə qazın alqı-satqısı müqaviləsi bağlanılmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya





