Ölkə

Tanışını bıçaqlayan Göyçay sakini tutulub

17 Noyabr 2021 20:42
0 Şərh     Baxış: 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 16-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü Vüsal Məmmədovun Göyçay rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü Fərid Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Vüsal Məmmədova çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.