Əvvəlki koronaviruslar yenidən meydana çıxa bilər - Təhlükəli vəziyyət yaranır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"COVİD-in yayıldığı təsdiq olunan yeni variantı əslində yeni ştam deyil, "Delta" ştamının yeni bir növüdür. Yəni hər mutasiyanı biz yeni ştam adlandıra bilmərik və nəzərə alsaq ki, "Delta" ştamının özü də çox yoluxdurucu idi, ondan əmələ gələn yeni variantların da ən azı o qədər yoluxdurucu olmasını gözləyirdik".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.
İnfeksionist bildirib ki, yoluxma sayının artmasından daha çox xəstəliyin ağır gedişli formalarının artmasına görə narahat olmalıyıq:
"Həmçinin bu yeni variantın yoluxdurucu olmasında əsas rol oynayan amil hazırda təhsil müəssisələrinin, pandemiya müddətində qapalı olan bütün məkanların, müəssəsisələrin yenidən fəaliyyətlərini bərpa etməsi, yenidən ictimai yerlərdən sıx istifadə olunmasıdır. İstənilən meydana çıxan yeni ştam olsun, hər hansısa bir ştamın yeni variantı olsun, daha sürətlə yayılmağa gətirib çıxaracaq və təbii ki, bu da kənardan baxdıqda elə görünəcək ki, meydana çıxan bu yeni variant özü daha yoluxdurucudur. Yəni bu variantın yoluxdurucu olub-olmamasına əmin olmaq üçün hələ zamana ehtiyac var. Hazırda bu növ virusun sürətlə yayılmasının səbəbi onun özünün yoluxdurucu olmasından çox insanların ictimai nəqliyyatdan, qapalı məkanlardan çox istifadə etməsidir.

Bizi yoluxma sayının artmasından daha çox xəstəliyin ağır gedişli formalarının artması narahat etməlidir. Əgər müşahidələr göstərsə ki, xəstəliyə yoluxanlarda ağır gedişli hallar çox müşahidə olunur, təbii ki, epidemioloji vəziyyət təhlükə altında ola bilər.
Ümumiyyətlə qarşıdan gələn qış ayları soyuq hava şəraitini və pandemiyadan əvvəlki koronavirusların da yenidən meydana çıxma ehtimalının yüksək olduğunu nəzərə alsaq, yoluxmanı göstərən rəqəmlərdə artım müşahidə olunması qaçılmazdır. Belə ki, pandemiyadan əvvəl də koronaviruslar noyabr ayından başlayaraq mart ayına kimi insanlar arasında ən çox yuxarı tənəffüs yollarının xəstəliklərinə səbəb olan viruslardan ibarət idi və ən çox pnevmaniya törədən viruslar idi. Əgər hazırda da normal koronaviruslar yayılsa, bu, PSR testlərinin də təbii ki, pozitiv olmasına gətirib çıxarır və bu rəqəmlərin yüksəlməsinə yeni mutasiyanın səbəb olduğunu, yoxsa normada pandemiyaya səbəb olmayan koronavirusların səbəb olduğunu aydınlaşdırmaq bir az çətin olur. Belə ki, rəqəmlər o qədər yüksək olur ki, hər test götürülən, nümunə alınan xəstənin koronavirusun hansı ştamına yoluxmasını müəyyənləşdirmək böyük bir maliyyə tələb edir. Bu baxımdan da dəqiq rəqəm demək mümkün deyil ki, yoluxma sayını artıran normal pandemiyaya səbəb olmayan koronaviruslardırmı, yoxsa meydana çıxan yeni ştamlar?!
Hər bir halda insanları qoruyan əsas amil dəyişməz olaraq qalacaq. Bu virus hava-damcı virusudur, hava-damcı infeksiyasıdır. Bütün hava-damcı infeksiyalarına xas qorunma qaydaları necədirsə, burada da elədir. Yoluxmadan, xəstəliyin ağır formalarından qorunmaq üçün isə vaksinlənmənin çox böyük rolu olacaq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
XƏBƏR LENTİ
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)





