Ölkə

"Ayrı-ayrı yerlərdə alovlanma olarsa..." - Təyyar Eyvazov məktəblərin bağlanma ehtimalından danışdı

20 Oktyabr 2021 15:47
0 Şərh     Baxış: 2 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dövlət istəmir ki, məktəblər bağlansın, distant təhsilə keçilsin. Çünki iki ilə yaxındır pandemiya hökm sürür və biz bunun fəsadlarını görürük". 

Milli.Az xəbər verir ki, bunu COVID-19 peyvəndləri mövzusunda keçirilən canlı yayımda - Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib. 

O qeyd edib ki, ayrı-ayrı yerlərdə alovlanma olarsa, lokal tədbirlər görülür və siniflər bağlanır: "Bu, bütün dünyada belədir. Mümkün qədər açılışırlar ki, həyat öz axarı ilə davam etsin. Aradan qaldırdığımız məhdudiyyətlər insanlar üçün yetərlidir. Lakin bir tərəfdən "Delta" ştamı, qış fəslinin yaxınlaşması bizə deyir ki, yoluxmalarda artım olacaq. 

Amma peyvəndlənmədə iştirak edən insanların sayı çox olarsa, bu qışı belə başa vurarıqsa, daha yoluxucu ştamın gəlmə ehtimalı istisna olarsa, deyə bilərik ki, artıq pandemiyanın ağır mərhələsini keçmişik. Bu müddəti bağlanmalara getmədən aşıra bilsək, bizim üçün böyük bir qələbə olar".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.