Ölkə

Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021 19:14
Baxış: 1 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytarıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı general Rüstəm Muradov Bakıdan İrəvana uçuş həyata keçirib.

Məlumata əsasən, general Muradov təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçini Ermənistana aparıb.

Mənbə bildirir ki, məsələ Azərbaycan ordusuna və əhalisinə qarşı ağır cinayətlərdə iştirak etməyən erməni əsgərlərinə aiddir. Məlumdur ki, köçürülən hərbçilərin ən azı bir hissəsi 27 may 2021 -ci ildə Kəlbəcərdə Azərbaycan ərazisinə girmək istəyərkən saxlanılan iki RDG -nin üzvüdür.

Həbs edildikdən təxminən bir il sonra azadlığa buraxılmaları, şübhəsiz ki, Bakının başqa bir humanist jestidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.