“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.
Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
Qərarda "Elektron notariat" informasiya sisteminin təşkili əsaslarının, yəni onun fəaliyyətinin prinsiplərinin, funksiyalarının, texniki-texnoloji infrastrukturunun, təhlükəsizlik tədbirlərinin, sistem ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları barədə müddəaların müəyyən edilməsi ilə bağlı tənzimləmə nəzərdə tutulub.
"Notariat haqqında" Qanuna Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərdə məhkəmə fəaliyyətinin səmərəsinin artırılması və hakimlərin iş yükünün azaldılması üçün mübahisəsiz tələblərə dair işlərə məhkəmədən kənar elektron qaydada baxılması məqsədilə mülki xarakterli işlərin notariusun icra qeydi əsasında təmin olunması nəzərdə tutulur.
Bunun üçün 2019-cu ildən notarius tərəfindən icra qeydinin aparılması və icraya yönəldilməsi prosesinin elektron qaydada "Elektron notariat" və "Elektron icra" informasiya sistemləri vasitəsi ilə təşkili üçün müvafiq təhlillər aparılmış, adıçəkilən informasiya sistemlərində zəruri dəyişikliklər edilmiş, habelə müraciət edən fiziki və hüquqi şəxslər üçün fərdi elektron kabinet formalaşdırılmışdır.
Həyata keçirilmiş tədbirlərə və Fərmanla verilmiş tapşırığa uyğun olaraq hazırlanmış "Elektron notariat" informasiya sistemi haqqında Əsasnamədə informasiya sisteminin fəaliyyətinin prinsipləri, texniki-texnoloji infrastrukturu, təhlükəsizlik tədbirləri, funksiyaları, sistem ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları barədə müddəalar və fəaliyyətinin təşkili əks olunmuşdur.
Əsasnamədə "Elektron notariat" informasiya sistemində digər notariat hərəkətlərinin aparılması mexanizmi də tənzimlənir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakının Sabunçu rayonunda yanğın
-
Əmrah Dadaşov vəfat etdi
-
Qarabağ kanalında 59 yaşlı kişi batdı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - (Video)
-
Hakan Fidan Qətərin Baş naziri ilə görüşüb
-
ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir
-
"Facebook"un işində nasazlıq yarandı
-
İsmayıllıda ağır qəza: 3 nəfər həyatını itirdi
-
Ağdamda minalanmış ərazidə yanğın başladı
-
İran yenidən Küveytə raket və PUA hücumu etdi
-
Rusiyada oktyabrdan ərzaq vauçerləri tətbiq oluna bilər
-
Sabah 38 dərəcə isti olacaq - Proqnoz
-
İranda güclü zəlzələ oldu
-
"Azərsilah"ın poliqonunda yanğın oldu
-
Kiyevdə raket hücumu: Azərbaycanın səfirliyinə ziyan dəydi
-
Pentaqonun gizli sənədlərində yadplanetlilərə dair sübutlar ola bilər
-
Hava dəyişdi: Dağlıq rayonlarda leysan, Bakıda güclü külək
-
Rubio Kubanı 700-dən çox siyasi məhbusu azad etməyə çağırdı
-
Kiyevdə partlayışdan sonra metro stansiyası fəaliyyətini dayandırdı
-
Odessada həlak olan gəmi kapitanı dəfn edildi
-
Peruda 5,6 bal gücündə zəlzələ baş verib
-
Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri
-
DÇ-2026-nın qalibi bu gün müəyyənləşəcək
-
Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini keçdi





