Azərbaycanda ata övladını hər gün bu vəziyyətdə məktəbə aparır - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Astaranın uçqar dağ kəndi olan Miki kəndində ata 14 yaşlı qızını çiyninə alaraq yaxınlıqdakı çaydan keçirir və onu məktəbə yola salır. Payız-qış aylarında bu vəziyyət bir qədər təhlükəlidir. Fuad Salayev həm özünün, həm də övladının həyatını təhlükəyə atır. Ailənin əsas istəyi çayın üzərində piyada körpüsünün salınmasıdır. Məsələyə kənd bələdiyyəsi aydınlıq gətirib.
Astarada ata 14 yaşılı qızını kürəyinə alaraq çaydan keçməklə məktəbə aparır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər rayonun ucqar kəndi olan Mikidəndir. Kənd sakini Fuad Salayev qızını məktəbə aparmaq üçün evinin qarşısındakı çayı keçməli olur.
Bununla bağlı sosial şəbəkələrdə paylaşılan görüntülər geniş müzakirələrə səbəb olub.
Qızının təhsili üçün fədakarlıq edən təkcə atası deyil. Fuad Salayev evdə olmayanda qızı eyni üsulla anası çaydan keçirir. Bu səbəbdən qadının səhhətində müəyyən problemlər yaranıb.
Məsələ ilə bağlı Miki kəndinin daxil olduğu Siyaku kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, sözügedən şəxs iki il əvvəl onlara müraciət edib.
Vətəndaş Fuad Salayev isə iddia edir ki, 2007- ci ildən 6 sot torpaq sahəsində tikdiyi ev kəndin keçmiş bələdiyyəsi tərəfindən ona qanuni şəkildə verilib. İndi ailənin əsas istəyi çayın üzərində piyada körpüsü salınsın. Övladı da digər uşaqlar kimi təhsil almaq üçün atasının kürəyində deyil, özü məktəbə gedib-gələ bilsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq





