Ölkə

Eldən gedən Elşən... - VİDEO

30 Sentyabr 2021 16:36
0 Şərh     Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid Elşən Aslanovun doğum günü idi

1 il əvvəl doğum günündə könüllü cəbhəyə yollanan bir qəhrəmanın bu ilki doğum gününü bütöv bir xalq qeyd edir.

Şəhid Elşən Aslanovun bu gün behiştdə ilk yaşıdır.

Milli.Az Real TV-yə istinadən bildirir ki, O, Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə böyük əzmkarlıq göstərib, qanının son damlasına kimi vuruşaraq qəhrəmancasına həlak olub.

İcra Hakimiyyəti nümayəndələri, döyüş yoldaşları, dostları, qohumları, böyüyüb başa çatdığı Qızıldaş qəsəbəsinin kiçikdən böyüyə bütün sakinləri onu doğum gününə toplaşmışdı.

Burada onların məzarı ziyarət edildi, güllər qoyuldu və ruhlarına dualar oxundu.

Elşən yaşadığı qəsəbədə olduğu kimi döyüşdə də hər kəsin sevgisini qazanmışdı. Yoldaşları onun döyüş yolundan, qəhrəmanlığından danışdılar.

Xalqının qəhrəman oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin alınmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunur. Vətənə sevginlə, cəsurluğunla ucaldığın behiştdə rahat uyu, cənnət qoxulu Şəhidim...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.