Şəhid ailələri və qazilər daim dövlətin diqqətindədir - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın ərazi bütövlüyü uğrunda biri iki ayağını, digəri isə sağ qolunu itirib.
Vətən müharibəsi qəhrəmanı olan müsahibimiz 21 yaşlı Camal Alxasov döyüşlər vaxtı əsgər kimi xidmətdə olub.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, o, Füzuli, Cəbrayıl və Qubadlının azad olunmasında fəal iştrak edib. Sonuncu dəfə Qubadlıda olarkan düşmənin minatandan açdığı atəş onun ayaqlarını aparıb.
27 yaşlı gizir Elvin Rəsulovun da döyüş yolu Camal Alxasovun döyüş yolu ilə eyni olub. O da ağır yaralandığından elə döyüş meydanında hərbi həkimlər tərəfindən qolu amputasiya edilib.
Hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti təbii ki, dövlət üçün çox önəmlidir. Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da ölkəmizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı göstərmək dövlətin əsas prioritetlərindəndir.
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi ilkin mərhələdə Vətən müharibəsində yuxarı ətraflarını itirmiş 10 qazi, ümumilikdə isə 29 qazini yüksək texnologiyalı protezlərlə təmin edəcək. Bundan əvvəl isə 2020-ci ilin dekabr ayından qazilərin yüksək texnologiyalı elektron protezlərlə təminatına başlanıb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə aşağı ətraflarını itirmiş 142 hərbçi son nəsil protezlə təmin edilib.
Yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə təsis olunan ''YAŞAT'' Fondu isə şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması, istehlak kreditinin bağlanması, onların səhiyyə və təhsil məsələlərini həlli daxil olmaqla 4 istiqamətdə fəaliyyət göstərir. Fondun rəhbəri Elvin Hüseynov deyir ki, rəhbərlik etdiyi quruma indiyə qədər 62 milyon manatdan çox vəsait köçürülüb. Bunun 38 milyon manatdan çox hissəsi 11 min 377 müraciət üzrə xərclənib.
Şəhid ailələri və qazilərin məşğulluq problemi də aradan qaldırılır. Dövlət Məşğulluq Agentliyi tərəfindən indiyə qədər sosial dəstək paketi çərçivəsində xeyli sayda şəhid ailəsi üzvləri və qazilər işlə təmin olunublar.
Qeyd edilənlər bir daha onu göstərir ki, Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində iştirak edən qəhrəman igidlərimiz və onların ailələri daim diqqətdə saxlanılır. Qalib xalqın vətəndaşlarına ancaq bu yaraşır...
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
XƏBƏR LENTİ
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"





