Ölkə

Avtovağzallarda sərnişinlərdən COVID-19 pasportu tələb olunur? - VİDEO

21 Sentyabr 2021 13:30
0 Şərh     Baxış: 2 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni tədris ilinin başlanması ilə əlaqədar bütün avtovağzallar gücləndirilmiş iş rejiminə keçib. Bölgələrdən Bakıya gələn və paytaxdan bölgələrə gedən sərnişin axınını tənzimləmək üçün xəttə əlavə avtobuslar buraxılacaq. Bundan başqa vaksin olunmaq istəyənlər üçün də Bakı Beynəlxalq Avtovağzal Kompleksidə vaksin məntəqəsi yaradılıb. İstənilən şəxs bu məntəqəyə gələrək vaksin oluna bilər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ölkədə fəaliyyət göstərən bütün avtovağzallar gücləndirilmiş iş rejiminə keçib.

Məqsəd yeni tədris ilinin başlanması ilə əlaqədar regionlardan Bakıya gələn və əks istiqamətə gedən sərnişinlərin rahatlığını təmin etməkdir.

Mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, tədris müəssisələrinin fəaliyyətinin pandemiya ilə əlaqədar məhdudlaşdırılması səbəbilə məhdud sayda avtobuslarla xidmət göstərilirdi.Artıq avtobusların sayının artırılması qərarlaşdrılıb..

Bu arada Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişinlər üçün COVID-19 vaksinasiya məntəqəsi yaradılıb.İstənilən şəxs bu məntəqəyə gələrək vaksin vurdura bilər.

Qeyd edək ki,Nazirlər Kabinetinin qərarına uyğun olaraq,avtovağzallarda sərnişinlərdən COVID-19 pasportu tələb olunmur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.