Ölkə

Gözdən əlil şəxs bir neçə gün öncə sürücülük vəsiqəsi alıb - Agentlik sədri

16 Sentyabr 2021 12:20
Baxış: 989
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu il saxta əlillik alan 266 nəfərlə bağlı Baş prokurorluğa məlumat göndərilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

O bildirib ki, saxta əlilliyin müəyyən edilməsi üçün sənədlər Təhsil Nazirliyinin, Dövlət Yol Polisi, Səhiyyə Nazirliyi və digər qurumların sistemləri vasitəsilə yoxlanılır: "Məsələn, Forma-88-də gözdən əlilliyi olan şəxs araşdırılarkən məlum olub ki, iki ay əvvəl sürücülük vəsiqəsi alıb. Bu cür şəxslərin əlilliyi dayandırılır.

2006-cı ildə əlilliyi təsdiqlənən 193 min nəfərin 5 illik əlillik müddəti bitib. Bu vaxta qədər onlardan cəmi 30 faizi yenidən müraciət edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.