Ölkə

Azərbaycanda çörəyin qiyməti dəyişdi - FOTO

15 Sentyabr 2021 16:54
Baxış: 5 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarından etibarən marketlərdə bəzi növ çörəklərin qiyməti bahalaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəllər 55-59 qəpik civarında alınan doğranmış çörəklərin qiyməti hazırda 70 qəpikdir.  Qiymətlərində dəyişiklik edilən məhsullar isə əsasən "Çörəkçi" və "Nömrə 1" şirkətlərinə məxsusdur.

"Nömrə 1" şirkətinin nümayəndəsi saytımıza açıqlamasında qiymətlərdəki artımı təsdiqləyib: "Artım marketlər tərəfindən süni qaldırılmayıb, şirkət təbii səbəblərə görə qiyməti qaldırıb".

Supermarketlər də çörəyin qiymətindəki bahalaşmanı saytımıza təsdiqləyiblər.

Xatırladaq ki, ölkədə bu ilin fevralın ikinci yarısında da satışda olan bəzi çörəklərin qiyməti təqribən 20 faiz bahalaşmışdı. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.