Qətl baş verən “Beerlin Pub”da yenə kütləvi dava - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avqustun 29-da axşam saatlarında mühafizəçinin müştərini döyərək öldürdüyü, iş adamı Ceyhun Həsənova məxsus "Beerlin Pub" kafesi fəaliyyətə başladıqdan bir neçə gün sonra yenidən kütləvi davaların, ictimai asayişin tez-tez pozulduğu məkana çevrilib.
Milli.Az bildirir ki, obyektin yerləşdiyi yaşayış binasının sakinləri "Qafqazinfo"ya müraciət edərək bildiriblər ki, qətl baş verən gündən sonra iki gün kafe fəaliyyətini dayandırıb: ""Pub" işə başlayandan sonra hər gecə dava düşür, sərxoş adamlar obyektin önündə söyüş söyürlər.
Biz də evimizdə, ailəmizlə, uşaqlarımızla rahat yaşaya bilmirik. "Beerlin Pub" kafesinin rəhbərliyi buna şərait yaradır. Demək olar ki, hər gün axşam saat 11-dən gecə saat 1-ə o obyektin qabağında dava düşür. Ölən öldü, tutulan tutuldu, amma obyektin rəhbərliyi hələ də öz bildiyini edir".
Sakinlərin müraciətində qeyd edilir ki, sonuncu belə hadisə sentyabrın 12-də baş verib: ""Pub"dan sərxoş çıxan kişilər arasında dava düşdü, söyüşlər söyürdülər. Daha sonra əraziyə polislər çağırıldı, Post Patrul Xidmətinin 6 avtomobili gəlmişdi. Kafenin müştəriləri elə vəziyyətdəydilər ki, özlərini idarə edə bilmirdilər. Polisə müqavimət göstərirdilər, PPX əməkdaşları onları zor gücünə maşına mindirib ərazidən uzaqlaşdıra bildilər.
Amma bu da çıxış yolu deyil, çünki bu gün tutub aparırlar, səhəri gün axşam yenə dava düşür. Artıq 102 xidmətinə də məlumat vermişik, müvafiq qurumlar "Beerlin Pub" kafesinin rəhbərliyi barədə ölçü götürməlidirlər ki, biz öz evimizdə rahat yaşaya bilək".
"Beerlin Pub" kafesinin rəhbəri Ceyhun Həsənov Bakıda restoranlar, "pub"lar və "cinemaclub"lar şəbəkəsinə malikdir.
Xatırladaq ki, tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazov müştəri Vüqar Mustafayevi döyərək öldürüb. Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir





