Ölkə

Bakıda şəhid bulağının açılışı olub - VİDEO

14 Sentyabr 2021 15:36
0 Şərh     Baxış: 1 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhid Osman Manafovun xatirəsi əbədiləşdirilib

Milli.Az Real TV-yə istinadən bildirir ki, Suraxanı rayonunda Aprel döyüşlərinin iştirakçısı, eyni zamanda 44 günlük Vətən müharibəsi şəhidi Manafov Osman Natiq oğlunun adına inşa edilmiş bulağın açılışı olub.

Açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, dostları iştirak ediblər.

Tədbirdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin qısa, lakin şərəfli həyat yolundan onun aprel və ikinci Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıqdan söz açıb.Torpaq uğrunda vuruşmaq, ona atasından keçib. Çünki atası Natiq də 1 ci Qarabağ döyüşlərinin iştirakçısı olur. O Füzuli istiqamətində gedən döyüşlərdə vuruşaraq ağır yaralanır.

Bütün bunları uşaqlıqdan seyr edən Osman 2016 cı ildə könüllü olaraq Aprel döyüşlərində iştirak edir. Osmanın torpaq uğrunda göstərdiyi qəhrəmnalıq aprel döyüsləri ilə bitmir. O yenidən könüllü olaraq döyüşlərə atılır. 2020 ci il sentyabrın 27 də başlanan İkinci Qarabağ döyüşlərinə qatılan Osman elə burda da göstərdiyi qəhrəmanlığına görə seçilir. 27 oktyabr 2020 ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

İndi şəhidimizdən geriyə oğul yadigarı qalıb. Olanları dərk etməsə də, böyüdükcə atası ilə fəxr edəcək.Çünki qəhrəmanlar can verir yurdu yaşatmaq üçün.

Qeyd edək ki, Manafov Osman Natiq oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" Xocavəndin azad olunmasına görə, medalı ilə təltif olunub. Ruhun qarşısında baş əyirik əziz şəhidim.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.