Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan bu cür yol infrastrukturu layihələrindən biri də Bərdə-Ağdam avtomobil yoludur.
Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edəcək. Dövlətimizin başçısının tapşırığına əsasən, Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda Bərdə-Ağdam avtomobil yolunun 14-40-cı kilometrləri arasında olan hissələrində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26.5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Hazırda yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işlərinə də başlanılıb. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "54 N-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə subpodratçı şirkət olaraq "Körpü-Bina-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti birgə icra edir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçid, o cümlədən 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün inşası aparılır.
Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində yerləşən 18.2 metr uzunluğa malik 1 aşırımlı körpü və 32.2 metrlik yol ötürücü üçün svay qazma işləri və dayaqların inşası aparılır. Uzunluğu 91.3 metr təşkil edən körpünün hazır olan dayaqları üzərinə isə aşırım tirləri quraşdırılır.
Bundan başqa, 1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə geriyə dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası da həyata keçiriləcək.
Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb - FOTO
-
Tiktoker Arzum: “Bu işdə günahım varsa, yaşadığımı 4 balam yaşasın" - VİDEO
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub - FOTO
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb - FOTO
-
İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman
-
Rusiyalı ulduz 850 milyon rubla malikanəsini satdı - FOTO
XƏBƏR LENTİ
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb - FOTO
-
Tiktoker Arzum: “Bu işdə günahım varsa, yaşadığımı 4 balam yaşasın" - VİDEO
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub - FOTO
-
Mourinyo alman ulduzu “Real”a gətirmək istəyir
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb - FOTO
-
İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman
-
Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
-
Lavrovla Fidan görüşdü
-
Rusiyalı ulduz 850 milyon rubla malikanəsini satdı - FOTO
-
Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb
-
Türkiyədə ard-arda 62 zəlzələ oldu
-
Zəngəzur Milli Parkından gözqamaşdıran FOTOlar
-
Elgiz İlhamə Quliyeva ilə son FOTOsunu yaydı
-
Sabah paytaxtda və rayonlarda neçə dərəcə isti olacaq?
-
ABŞ hərbi aviasiyasında ağır itki: "B-52" qəzaya uğradı, heyət üzvləri öldü
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
-
Xalq artistinin ailəsində xoş xəbər - FOTOlar
-
Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir
-
İkinci ali təhsilin qiymətləri açıqlandı: Rekord BDU-dadır - 7600 manat
-
Covanni van Bronkhorstun yeni klubu bəlli oldu
-
Məktəbli forması geyinmək məcburi olur? - Yeni qanun layihəsi
-
Məhkəmə Əli Kərimlinin həbs müddətini daha 5 ay uzatdı
-
Afaq Aslanın səhhətində problem yarandı - Təcili xəstəxanaya yerləşdirildi - VİDEO
-
Şura sədrinə iki müavin veriləcək - Yeni qərardan detallar





