Ölkə

Sentyabrın 1-dən bu məktəblərdə dərslər əyani şəkildə başlasa da, sonradan dayandırılıb - RƏSMİ

6 Sentyabr 2021 12:29
2 Şərh     Baxış: 4 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda sentyabrın 1-dən beynəlxalq özəl orta təhsil müəssislərində dərslər əyani şəkildə başlasa da, sonradan dayandırılıb.

Milli.Az bildirir ki, dərslər sentyabrın 3-dək davam edib.

Sentyabrın 3-də Təhsil Nazirliyi tərəfindən məktəblərdə ənənəvi tədrisin dayandırılması, dərslərin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına qədər onlayn keçirilə biləcəyi barədə təlimat göndərilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya bildirib ki, özəl və dövlət orta təhsil müəssisələrində tədris eyni qaydada olmalıdır: "Bu səbəbdən də Təhsil Nazirliyi tərəfindən müvafiq göstəriş verilib ki, özəl məktəblərin ənənəvi qaydada fəaliyyətə başlaması mümkün deyil. Bütün məktəblər üçün qaydalar eyni olmalıdır".

Qeyd edək ki, pandemiya ilə əlaqədar məktəblərdə tədrisin hansı formada keçiriləcəyinə dair qərarın bu həftə veriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.