Ölkə

Nazir Qəbələdə yanan əraziyə gedib - VİDEO - FOTO

30 Avqust 2021 14:27
0 Şərh     Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə səfər edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, K.Heydərov helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub. Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K.Heydərova məlumat verilib.

Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.

K.Heydərov yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri göstərilən ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.