Ölkə

Xankəndi erməniləri Azərbaycan dövlətinə müraciət etdi: "Bizi vətəndaşlığa qəbul edin, işləyək"

20 Avqust 2021 16:38
Baxış: 13 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Xankəndi şəhərində yaşayan bir qrup erməni əhali iş üçün Şuşadakı Azərbaycan hərbçilərinə müraciət ediblər.
 
Milli.Az Demokrat.az-a istinadən bildirir ki, ermənilər Rusiya sülhməramlı hərbiçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığı qəbul etməyə hazır olduqlarını bildiriblər.
 
Daha sonra ermənilər Azərbaycan dövlətindən iş istəyiblər.
 
"Biz çox bərbad vəziyyətdə yaşayırıq, Xankəndində iş, çörək yoxdur, ac qalmışıq. Azərbaycan dövlətindən xahiş edirik ki, bizi vətəndaşlığına qəbul edib iş versin. Xankəndi əhalisinin əksəriyyəti Azərbaycan dövlətinin Qarabağda apardığı yenidən qurma işlərinə dəstək verməyə hazırdır, biz burada fəhlə də işləməyə hazırıq, yetər ki, bizə iş verin", - deyə ermənilər Azərbaycan hərbiçilərindən xahiş ediblər.
 
Azərbaycan hərbçiləri isə ermənilərin xahişlərini lazımı dövlət qurumlarına çatdıracaqlarına söz veriblər.
 
Daha sonra sözügedən ermənilər Rusiya sülhməramlılarının müşayiətilə Xankəndiyə geri qayıdıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.