Ölkə

Şəhid Pünhan Abbasovun doğum günü idi - VİDEO

18 Avqust 2021 13:42
0 Şərh     Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid olan və yaralanan əsgər yoldaşlarını döyüş yerindən çıxarmağa çalışarkən şəhidlik zirvəsinə ucalan 24 yaşlı Pünhan Abbasovun doğum günüdür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dünən valideynləri doğum gününü o olmadan qeyd ediblər.

195 saylı məktəbdə 9 il təhsil aldıqdan sonra müvəqqəti müxtəlif işlərdə çalışıb. Daim istəyib ki, bir yük maşını olsun, elə onunla öz çörəkpulunu qazansın. Aprel döyüşləri zamanı mərdliklə döyüşən Pünhan, ailəsindən xəbərsiz ikinci Qarabağ müharibəsi başlayan vaxt könüllü yazılıb.  İki ay idi evli olmasına baxmayaraq, evdəkiləri bir-birlərinə əmanət edib, sentyabrın 28-i Goranboy istiqamətinə yola düşüb.

Əsgər yoldaşlarının sözlərinə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə komandiri Pünhana uzun müddət yatmadığını xatırladaraq, dincəlməsini desə də, Pünhan ona qulaq asmayıb. Deyib ki, "biz torpaqları alacağıq, bu saatdan sonra bir ananın gözündən yaş axmayacaq". Hər telefon danışığında anası Zəminə xanımı hər şeyin yaxşı olduğuna əmin edərək, dəstəyi asıb.

Pünhan ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.